"İnter"in futbolçuları Lautaro Martinesin "Barselona"ya keçəcəyinə inanırlar. Matc.az "The Telegraph"a istinadən xəbər verir ki, komanda yoldaşları argentinalının İspaniyada oynamaq istədiyini bildiriblər.

Məlumata görə, 22 yaşlı hücumçu ilə "çelsi" və "Mançester Siti" də maraqlanır. Ancaq gənc forvard "Barselona"da oynamaq istəyir. Kataloniya təmsilçisi Martinesi heyətinə qatmaq üçün 111 milyon avronu verməkdə çətinlik çəkir. Bunun üçün də klub "İnter"ə müəyyən qədər pul və bir neçə oyunçu təklif edəcək.

Qeyde dək ki, argentinalı bu mövsüm komandası ilə 22 matç keçirib və 11 qol vurub.       

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest