"Barselona"nın sabiq müdafiəçisi Xavyer Maskerano Lionel Messi barədə danışıb. Matc.az xəbər verir ki, o, həmyerlisi haqda xoş sözlər söyləyib:

"Leo haqqında düşünəndə həmişə eyni şeyi deyirəm: futbolda qərar vermək və həyata keçirmək vacibdir. Bir çox oyunçu yaxşı qərarlar verə bilər, amma onu meydanda tətbiq edə bilmir. Messi isə bunları bacarır, özü də sürətli şəkildə. Bununla yanaşı, Leo oyuna necə nəzarət etməyi bilir. Daim hərəkətdədir və fərqli işlər görməyi bacarır. çünki həmişə nəzarətdə olduğunun fərqindədir. O, oyunun necə bitməsinə qərar verə biləcək gücdədir. Buna görə də Messi başqa planetdəndir.

Qeyd edək ki, Maskerano 2010-18-ci illərdə Messi ilə "Barselona"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest