"Atletiko"nun yarımmüdafiəçisi Saul Niqes karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "Mançester Yunayted" oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, "qırmızı şeytanlar" futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır. Mançester təmsilçisi 25 yaşlı ispaniyalıya həftəlik 200 min funt sterlinq maaş təklif edəcək. Bu, yarımmüdafiəçinin "Atletiko"da qazandığından iki dəfə çoxdur.

Qeyd edək ki, Saul bu mövsüm "Atletiko"da 37 matç keçirib və 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest