"Mançester Siti" "Real"ın müdafiəçisi Rafael Varanı heyətinə cəlb etmək niyyətindədir. Matc.az xəbər verir ki, komandanın baş məşqçisi Pep Qvardiola oyunçunun transfer edilməsini istəyib.

Məlumata görə, "şəhərlilər" fransalı futbolçunun agenti ilə danışıqlara başlayıblar. Ancaq "Real" Varanı satmaq fikrində deyil. Bununla yanaşı, rəhbərlik yüksək məbləğ qarşılığında müdafiəçini verməyi düşünə bilər. çünki Madrid təmsilçisi heyətə bir neçə oyunçu cəlb etmək üçün bəzi futbolçularla vidalaşmalıdır.

Qeyd edək ki, "Real" gələn mövsüm hücum xəttini gücləndirməyi düşünür. Komanda Erlinq Holand və ya Kilian Mbappeni transfer etməyi planlaşdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest