Lionel Messinin əmisi oğlu Maksi Biancucci onun "Barselona"dan ayrılmasını istədiyini açıqlayıb. Matc.az xəbər verir ki, o, argentinalı futbolçunun başqa ölkədə də çıxış etməli olduğunu bildirib:

"Etiraf edim ki, Messinin "Barselona"dan ayrılmasını istəyirəm. Onu başqa komandada da oynamasını arzu edirəm. Messinin yalnız Kataloniya təmsilçisində yaxşı olduğunu iddia edənlər səhv düşünürlər. Bunu onlara sübut etmək lazımdır. O, hər yerdə mükəmməl oynaya biləcək futbolçudur. Hesab edirəm ki, Messinin varisi hələ dünyaya gəlməyib. Açığı, onu İtaliyada görmürəm. Təbii ki, karyerası ilə bağlı qərarı özü verəcək. Ancaq mən əmim oğlunu Argentinanın "Nyuels Old Boys" komandasında görmək istəyirəm".

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi gələn il sona çatsa da, futbolçu mövsüm sonunda komandadan ayrıla bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest