Andre Ter Ştegen "Barselona"nın sabiq çalışdırıcısı Ernesto Valverdedən şikayət edib. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı qapıçı klub prezindenti Joze Bartomeuya komandanın məşqlərindən narazılığını bildirib.

Məlumata görə, Ter Ştegen rəhbərliyə Valverde "Barselona"da qaldığı təqidirdə ayrılacağını söyləyib. Qolkiperlə yanaşı, daha bir neçə futbolçu məşqçidən narazılıq ediblər. Bundan sonra isə rəhbərlik Valverdeni göndərməyi qərara alıb. Problem həll edildikdən sonra isə Ter Ştegen komandada qalmağa razı olub.

Qeyd edək ki, almaniyalı oyunçunun "Barselona" ilə müqaviləsi 2022-ci ilə qədərdir. İspaniya mətbuatı onun komandadan ayrılmaq istədiyini bildirirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest