"Barselona"nın baş məşqçisi Kike Setyen İspaniya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, Kataloniya təmsilçisi rəhbərliyində yaşanan qarşıdurmaların komandaya təsir etməyəcəyini açıqlayıb.

Setyen Lionel Messinin karyerasını "Barselona"da başa vuracağına inandığını bildirib: "Böyük klublarda belə şeylər normaldır. Pis odur ki, bu xəbərlər mətbuata çatdırılır. Hər işdə olduğu kimi burada da rahat, problemsiz çalışmaq daha yaxşı olar. Açığı, yaşananların Messiyə təsir edəcəyini düşünmürəm. Məncə, o, karyerasını "Barselona"da bitirəcək".

Xatırladaq ki, Messinin "Barselona" ilə müqaviləsinin müddəti 2021-ci ilin iyununda başa çatır.

Qeyd edək ki, rəhbərlikdəki qarşıdurmalardan sonra argentinalının komandadan ayrıla biləcəyi iddia edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest