16 Aprel 2020, 17:36
FUTBOL
AFFA 2019-cu ilin yayından hakimlik edən şəxslərə koronavirus pandemiyası üzündən yaranmış vəziyyətlə əlaqədar kompensasiya ödəyəcək.
Matc.az xəbər verir ki, bunu AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik ölkəsinin mətbuatına açıqlamasında deyib.
O bildirib ki, bu, oyun idarə etməyən referilərə də şamil olunacaq: "çempionatların dayanması onların günahı deyil. Vəziyyətlə bağlı dövlət onlara dəstək olur. Bu isə o deməkdir ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətin dəstəyini alır".
Qeyd edək ki, Azərbaycanda çempionatlar martın 13-də dayandırılıb.