İspaniya La Liqası tamamlanmasa, 6-cı pillədə qərarlaşan "Atletiko" da çempionlar Liqasında iştirak edə bilər. Matc.az xəbər verir ki, Avroliqada çıxış etməli olan Madrid klubu UEFA-nın xüsusi dəvəti ilə çempionlar Liqasına qatılacaq.

Məlumata görə, qurum rəhbərliyi  komandanın son illərdəki uğurlu çıxışını nəzərə alaraq belə bir qərar verə bilər.

Qeyd edək ki, 2014-cü və 2016-cı illərdə yalnız finalda uduzan "Atletiko" cari mövsümün 1/8 finalında son qalib "Liverpul"u mübarizədən kənarlaşdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest