Fransanın "Le Figaro" nəşri mövsümün ən sürətli 3 futbolçusunun adını açıqlayıb. Matc.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe siyahıda birincidi. O, cari mövsümün qarşılaşmalarının birində saatda 36 kilometr sürətlə qaçıb.

İspaniyanın "Atletik" komandasının futbolçusu İnyaki Uilyams (35,7 km/saat) ikinci, İngiltərənin "Arsenal" klubunun hücumçusu Pyer-Emerik Obameyanq (35,5 km/saat) isə üçüncü sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest