"Bu haqda nəsə demək çətindi. Normalda hansısa futbolçunun klubu ilə müqaviləsi başa çatdıqda belə şeylər yazılır. Mənim bir neçə ay sonra "Qarabağ"la müqaviləm başa çatacaq. Lakin yazılanlar hamısı şayiədi"

"Qarabağ"ın futbolçusu Faysal Rerrasın müsahibəsi

– Fasilə dönəmindən necə yararlanırsız?

– Daha çox evdə oluram. Ailəmlə, həyat yoldaşımla və qızımla vaxt keçirirəm. Hər gün də formada qalmaq üçün məşq edirəm. Formamı saxlamağa çalışıram. Futbol üçün və komanda yoldaşlarım üçün darıxıram.

– Məşq etmək imkanınız varmı?

– Hər gün məşq edirəm. Hardasa gün ərzində bir neçə saat çalışıram. Fitnes məşqçimiz də bizə videokonfrans vasitəsilə məşqlər keçir. Düşünürəm ki, hələ də özümü formada saxlaya bilmişəm. çempionat başlasa, oynamağa hazır olacam.

– çempionatın başlaması üçün futbolçuların formaya düşməsinə nə qədər zaman lazım olacaq?

– Hələ bəlli deyil ki, nə zaman qayıdacağıq. Bu, bizim nə zaman geri dönəcəyimizdən də asılıdı. Fikrimcə, uzun müddət lazım olmayacaq. İki-üç həftə kifayət edər ki, komandalar formaya düşsün.

– Futbol üçün darıxarkən köhnə oyunlara baxırsız?

– Belə bir şey eləmirəm. Ona vaxt ayırmıram.

– Komanda yoldaşlarınızla hər gün futbol haqqında danışırsız?
– Komanda yoldaşlarımızla hər zaman söhbət edirik. Bu təkcə futbol sahəsində olmur. Düzdü, əksər vaxt futbol üstünlük təşkil edir. Dünyada baş verənlər, bu situasiya barədə də fikir mübadiləsi aparırıq. Komandamızda atmosfer hər zaman yaxşıdı. Bir-birimizi məlumatlandırırıq, bilmədiyimiz şeyləri öyrənirik. Müsbət haldı ki, daim əlaqə saxlayırıq.

– Karantin dövründən öncə sizin müxtəlif klublara transferiniz barədə fikirlər var idi. ümumiyyətlə, bu söz-söhbətlər hardan yaranırdı? Xüsusən, İtaliyanın "Benevento" klubu ilə adınız hallanırdı.
– Bu haqda nəsə demək çətindi. Normalda hansısa futbolçunun klubu ilə müqaviləsi başa çatdıqda belə şeylər yazılır. Mənim bir neçə ay sonra "Qarabağ"la müqaviləm başa çatacaq. Lakin yazılanlar hamısı şayiədi. Heç bir klubla danışığımız, transfer söhbətimiz olmayıb. "Qarabağ"ın futbolçusuyam və gələn mövsüm harda olacağımla bağlı fikrim yoxdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest