Azərbaycan Futzal Federasiyası Yüksək, Birinci, İkinci liqaların və Azərbaycan kubokunun oyunlarının təxirə salınması müddətini mayin 4-dək uzadıb. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytından məlumat verilib.

Bildirilir ki, qərar ölkədə karantin rejimi müddətinin mayın 4-nə qədər uzadılmasına əsasən verilib.

Oyunların nə vaxt başlayacağı haqda məlumat verilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest