"Bavariya"nın üzvü David Alaba karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan oyunçunu komandasında görmək istəyir.
 
Məlumata görə, fransalı mütəxəssis Alabanı Marselonun əvəzedicisi kimi görür. Hazırda futbolçuyla danışıqların aparıldığı bildirilir. 27 yaşlı müdafiəçinin "Bavariya" ilə 2021-ci ilə qədər müqaviləsi var. Onun yayda Almaniyadan ayrılmaq istədiyi vurğulanıb.
 
Qeyd edək ki, Alaba bu mövsüm komandası ilə 28 oyun keçirib və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest