"Bavariya" qapıçısı Manuel Noyerin komandada qalacağına inanır. Matc.az xəbər verir ki, bu barədə klub rəsmisi Karl Haynz Rummenigge açıqlama verib:

"Dünyanın ən yaxşı qapıçısına sahibik. Onunla razılaşacağımıza əminik. Noyerlə ortaq məxrəcəyə gəlməyə çalışırıq".

Təcrübəli oyunçunun Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ildə sona çatır. Onun komandadan ayrılacağı iddia edilir. Buna səbəb isə Noyerin klub rəhbərliyi ilə münasibətlərinin yaxşı olmamasıdır.

Qeyd edək ki, Almaniya mətbuatı qolkiperin klubdan 5 illik sözləşmə və illik 20 milyon avro tələb etdiyini yazır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest