"Mançester Siti" ilə yolları ayırmağa hazırlaşan David Silva yenidən La Liqaya qayıda bilər. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu "Valensiya" ilə danışıqlara başlayıb.

Məlumata görə, Silva La Liqaya qayıtmağa müsbət yanaşır. "Valensiya" rəhbərliyi onun heyətə cəlb edilməsində maraqlıdır. Buna səbəb futbolçunun azarkeşlər tərəfindən sevilməsidir. "Yarasalar"ın yetirməsi olan oyunçunun karyerasını bu klubda bitirməyi düşündüyü bildirilir.

Qeyd edək ki, Silva 2010-cu ildə 30 milyon avro qarşılığında "Mançester Siti"yə transfer olmuşdu.       

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest