"Kolumbiyada çempionat texnikalı və sürətlidir. Burada çox yaxşı stadionlar var. "Deportes Tolima"da daimi oynayaraq komandaya faydalı olacam"

"Sabah"dan Kolumbiya klubu "Deportes Tolima"ya keçən Rocer Roxas ölkə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, 30 yaşlı hücumçu Kolumbiya çempionatı ilə Azərbaycan Premyer Liqasını da müqayisə edib:

"Kolumbiyada çempionat texnikalı və sürətlidir. Burada çox yaxşı stadionlar var. "Deportes Tolima"da daimi oynayaraq komandaya faydalı olacam. Azərbaycanda zədə səbəbindən davamlı forma geyinə bilmirdim. Bura gəlməyimin səbəbi isə daha səviyyəli çempionatda çıxış etməkdir".

Qeyd edək ki, Rocer Roxas cari mövsümün ilk yarısında Premyer Liqada 11 matçda ümumilikdə 382 dəqiqə meydanda olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest