David Alaba "Real"ın transfer siyahısına daxil deyil. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçu Madrid təmsilçisinin gələcək planlarında yoxdur.

Məlumata görə, Marselonun klubdan ayrılacağı dəqiq deyil. Bu səbəbdən də rəhbərliyin Alaba ilə bağlı müraciəti olmayıb. Əgər braziliyalı futbolçu "Real"dan ayrılarsa, Alaba o zaman həyətə cəlb edilə bilər. "Bavariya" ilə gələn ilə qədər müqaviləsi olan futbolçu Almaniyadan ayrılmaq istəyir.  

Qeyd edək ki, oyunçu cari mövsümdə "Bavaraiya" ilə 20 görüşdə iştirak edib və bir qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest