PSJ-nin forvardı Kilian Mbappenin koronavirus pandemiyası səbəbindən "Real"a keçidi alınmayacaq. Matc.az xəbər verir ki, bu barədə futbolçunun agenti Mark İvan açıqlama verib:

"Mbappe "Real"da oynamaq, Zidanın yanında çalışmaq və dünyanın ən yaxşı hücumçusu olmaq istəyir. Əgər hər şey normal davam etsəydi, onun Madrid klubuna keçməsindən danışmaq olardı. Ancaq hazırda "Real" onun üçün 300 milyon avro ödəyə bilmir."

Qeyd edək ki, fransalı hücumçu 2017-ci ildə 180 milyon avro qarşılığında "Monako"dan PSJ-yə gəlmişdi. O, Paris təmsilçisinin heyətində 120 matç keçirib və 90 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest