"Milan"nın Asmir Beqoviçlə yollarını ayıracağı dəqiqləşib. Matc.az "Tuttosport"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi onunla müqavilə imzalamayacaq.

Məlumata görə, klub rəhbərliyi icarə əsasında heyətdə çıxış edən bütün futbolçuları öz komandalarına qaytaracaq. 33 yaşlı qolkiper də müqavilə ilə məxsus olduğu "Bornmut"a dönəcək. Yanvarda İtaliyaya gedən Beqoviç "Milan"ın heyətində iki oyun keçirib.

Qeyd edək ki, bosniyalı mövsümün ilk yarısında "Qarabağ"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest