"Qalatasaray" qapıçısı Fernando Muslera ilə müqaviləni uzadacaq. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uruqvaylı oyunçu bu barədə rəhbərliklə razılaşıb.

Məlumata görə, İstanbul təmsilçisi Muslera ilə müqaviləni daha iki il artıracaq. 2011-ci ildən "Qalatasaray"da çıxış edən 33 yaşlı qolkiper karyerasını burada bitirmək niyyətindədir. Təcrübəli qapıçı yeni müqaviləyə görə daha az maaş alacaq.

Muslera hazırda  "sarı-qırmızılar"dan illik 3 milyon 575 min avro alır. Ancaq yeni sözləşmədə bu rəqəm 2,5 milyon avro olacaq.

Bununla yanaşı, uruqvalı oyunçu gələn mövsümdən komandanın əsas kapitanı olacaq. Selçuk İnanın futbolu buraxmasının ardından Muslera klubun tarixində kapitanlıq sarğısı daşıyan ilk legioner olacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçunun "Qalatasaray"la müqaviləsi 2021-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest