Bosniya və Herseqovinanın "çelik" klubunun baş məşqçisi ümit özat  Azərbaycandan təklif aldığını açıqlayıb. Matc.az xəbər verir ki, o, koronavirus pandemiyası səbəbindən danışıqların dayandığını bildirib:

"Karyeramı qonşu ölkələrdən birində davam etdirə bilərəm. Koronavirus yayılmamışdan əvvəl Azərbaycana yollanmışdım. Lakin xəstəlik səbəbindən danışıqlar donduruldu.  Ancaq hər şey normala döndükdən sonra müzakirələr davam edəcək. Ola bilsin karyeramı Azərbaycanda davam etdirdim".

Qeyd edək ki, ötən ilin dekabrında "çelik"ə baş məşqçi təyin edilən ümit özatın işçi vizası ala bilmədiyi üçün komandadan ayrılacağı bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest