"Onlara dedim ki, əgər 4 il burada olsam hər şey dəyişəcək. 7-8 oyundan sonra rəhbərlik işimi qiymətləndirdi, mənim doğru yolda olduğumu gördü"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis "qırmızlar"a gəldiyi ilk günlərdən danışıb:

"Liverpul"a gəldiyimdə bizə vaxt lazım olduğu aydın idi. Bir gündə hər şeyi düzəldə bilməzdik. Buna görə də mənə vaxt verilməsini istədim. İndiyə kimi heç yerdən qovulmamışam. Belə bir təcrübəm yoxdur. Ancaq burada fərqli idi. Tez vaxtda uğur qazana bilməsəm, qovulacağımı bilirdim. Onlara dedim ki, əgər 4 il burada olsam hər şey dəyişəcək. 7-8 oyundan sonra rəhbərlik işimi qiymətləndirdi, mənim doğru yolda olduğumu gördü. O andan etibarən mənə güvəndilər. İşimə qarışmadılar. Hər dəfə mənə "hər şey yaxşı olacaq. Nəsə qazanacağımız dəqiq olmasa da, birlikdə çalışacağıq" deyirdilər. Biz Avroliqanı "Sevilya"ya, çempionlar Liqasını "Real"a, Premyer Liqanı isə "Mançester Siti"yə uduzanda sözdə mütəxəssislər növbəti ilimdə mənim göndəriləcəyimi deyirdilər. Ancaq klubda heç kim belə düşünmürdü".

Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. O, ötən il "qırmızılar"a çempionlar Liqasını qazandırıb. Bu mövsüm isə Premyer Liqada ən yaxın izləyicisi "Mançester Siti"dən 25 xal öndə liderdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest