UEFA Gənclər Liqasında çempionlar yoluna yekun vurulub. Matç.az saytı xəbər verir ki, pley-offa vəsiqə qazanan 8 komanda müəyyənləşib.

Bunlar iki mərhələ adlayan komandalardı. Azərbaycan çempionu "Qəbələ"ni mübarizədən kənarlaşdıran Almaniya "Herta"sı da bu "8-lik"də yer alıb.

"çelsi" (İngiltərə), "Siqma" (çexiya), "Monpelye" (Fransa), "Midtyulland" (Danimarka), PAOK (Yunanıstan), "Dinamo" (Zaqreb, Xorvatiya) və "Dinamo" (Kiyev, Ukrayna) komandaları da pley-offa yüksəlib. çempionlar yolunu uğurla adlayanlar növbəti raundda çempionlar Liqası yolunda qrup ikincisi olanlarla üz-üzə gələcək.

Artıq "Monako" (Fransa) və "Yuventus"un (İtaliya) qrupda 2-ci olacağı dəqiqləşib. Pley-offun püşkü dekabrın 17-də atılacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest