Futzal üzrə milli komandaların  reytinq siyahısı açıqlanıb. Matç.az saytı xəbər verir ki, dekabr reytinqində Azərbaycan yığması 11-ci yerdə qərarlaşıb.

Braziliyalı baş məşqçi Joze Alesionun yetirmələrinin hesabında 1430 xal var. Hesabat dövründə heç bir oyun keçirməyən və bu üzdən xal hesabı da dəyişməyən yığmamız mövqeyini qoruyub.

Hazırda komandamız 10-cu olan Paraqvaydan 38 xal geri qalır. Millimizin ən yaxın izləyicisi Xorvatiyanın hesabında 1410 xal var.

Qeyd edək ki, siyahıya Braziliya başçılıq edir – 1897 xal. İspaniya 1769 xalla 2-ci, Rusiya 1680 xalla 3-cüdü.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest