01 Dekabr 2018, 15:09
FUTBOL
İtaliyanın "Palermo" klubunun sahibi dəyişib. Matç.az saytı xəbər verir ki, Maurisio Dzamparini klubun səhmlərinin 100 faizini də satıb.
O, Palermonun eyniadlı təmsilçisini Londondan olan şirkətə təhvil verib. Gələn həftə yeni sahibləri klub rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, Dzamparini 2002-ci ildə aldığı kluba 16 il sahiblik edib. Hazırda B seriyasında çıxış edən "Palermo" 13 turdan sonra 26 xalla 1-ci yerdə qərarlaşıb.