Türkiyə PTT I liqasında XIV turun oyunları davam edir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Boluspor" növbəti oyununu keçirib.

Bolu təmsilçisi öz meydanında "Adanadəmirspor"u qəbul edib. Ev sahibləri ilk hissədə buraxılan 2 qolun əvəzini fasilədən az sonra çıxsalar da, görüşün sonlarında qapısında yenə qol görüb. Start heyətində yer alan Budak sona qədər meydanda olub.

Bu yenilgidən sonra hesabında 26 xal olan "Boluspor" 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest