"Keşlə" Cavid İmamverdiyev ilə müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə klubun feysbuk səhifısindn məlumat verilib.

Karyerası ərzində ölkəmizdə "Karvan", "Neftçi", və "Sumqayıt"da oynamış yarımmüdafiəçi, Türkiyədə "Elazığspor" komandasının da şərəfini qoruyub. Onun son klubu "Sabah" olub.

Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest