"Beşiktaş" "Dimano"da (Tbilisi) çıxış edən yarımmüdafiəçi Nika Ninuanı heyətinə cəlb edir. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı futbolçu üçün Gürcüstan komandası ilə razılığa gəlib.

Bildirilir ki, "qara qartallar" Ninua üçün qarşı tərəfə 700 min avro ödəyəcək. Yarımmüdafiəçi "Beşiktaş"la 5 illik müqavilə imzalayacaq. Gürcüstanlı oyunçu ötən mövsüm komandası ilə keçirdiyi 37 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.

Qeyd edək ki, İstanbul nəhəngi  "Alanyaspor"da forma geyinən Fabritse Nsakalanı da transfer edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest