Lüsyen Favr Dortmund "Borussiya"sının tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, mütəxəssis bu klubun baş məşqçisi postunda Bundesliqanın ilk 13 qarşılaşmasında məğlubiyyət acısı yaşamayıb.

Favr "Borussiya"nın tarixində buna nail olan ilk məşqçidi. Onun sələflərindən heç biri belə uğurlu start görməmişdi.

Favrın yetirmələri isə 13 turda 10 qələbə qazanıb və 3 heç-heçə edib. 33 xala malik Dortmund təmsilçisi Bundesliqanın lideridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest