01 İyul 2020, 10:20
FUTBOL
"Mançester Siti"nin Avropa yarışlarından kənarlaşdırılması ilə bağlı yekun qərar iyulun 13-də veriləcək. Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, UEFA-nın "şəhərlilər"in iki il avrokuboklardan uzaqlaşdırmasının ardından rəhbərlik İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Qərarın iyulun 10-da verilməsi gözlənilsə də, UEFA çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasına mane olmamaq üçün tarixi üç gün irəli çəkib.
"Mançester Siti"nin diskvalifikasiyası qüvvədə qalırsa, İngiltərə Premyer Liqasında 2019/20 mövsümünü 5-ci pillədə tamamlayan komanda çempionlar Liqasına vəsiqə qazanacaq.
Hazırda isə həmin mövqedə "Mançester Yunayted" qərarlaşıb.