01 İyul 2020, 13:33
FUTBOL
"Bavariya" klubu növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Bundesliqanın çempionu Tanqi Kuassinin keçidini açıqlayıb.
Fransanın PSJ klubunun 18 yaşlı müdafiəçisi yeni komandasına azad agent kimi qoşulub. Onunla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, PSJ-nin yetirməsi olan Kuassi ötən mövsümdən əsas komandaya cəlb olunub. O, çempionu olduğu Liqa1-də 6 oyun keçirib və 2 qol vurub.