Türkiyə PTT I liqasında XIV turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" ev qarşılaşmasına çıxıb.

Paytaxt təmsilçisi yarışın autsaysderi "Karabükspor"u qəbul edib. çempionatın lideri əks qütbdə qərarlaşan rəqibini darmadağın edib – 6:0. Hər hissədə bir qol vuran Yılmaz dubl müəllifi olub. Start heyətində yer alan və matçı əvəzolunmadan keçirən hücumçu 2 qol ötürməsi ilə də fərqlənib.

Qeyd edək ki, 14 matçda 34 xal toplayan "Gənclərbirliyi" ən yaxın izləyicisini 5 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest