02 Dekabr 2018, 14:25
FUTBOL
İngiltərə millisinin futbolçusu Cordan Pikford futbol tarixinin ən bahalı qapıçısı ola bilər. Matç.az saytı xəbər verir ki, ispaniyalı qolkiper David de Xea ilə müqaviləni uzatmaqda çətinliklə üzləşən "Mançester Yunayted" Pikfordu heyətinə qatmağa qərar verib.
Mançesterlilər "Everton"a 24 yaşlı qapıçısı üçün 80 milyon avrodan artıq məbləğ təklif edib. Transfer gerçəkləşsə, Cordan planetin ən bahalı qolkiperi adına yiyələnəcək.
2017-ci ilin yayında "Sanderlend"dən "Everton"a 28,5 milyon avroya keçən Pikfordun qiyməti bir ildən artıq müddətdə təxminən 3 dəfə artıb.
Qeyd edək ki, hazırda dünyanın ən bahalı qapıçısı "Atletik"dən "çelsi"yə 80 milyon avroya keçən Kep Arrisabalaqadı.