"İnter" Aleksis Sançes üçün "Mançester Yunayted"lə danışıqlarını davam etdirir. Matc.az xəbər verir ki, İtaliya təmsilçisi 31 yaşlı futbolçunu birdəfəlik transfer etmək niyyətindədir.

İcarə əsasında "İnter"də çıxış edən Sançesin müqaviləsi bu yay başa çatır. Rəhbərlik oyunçunun komandaya keçidi üçün "qırmızı şeytanlar"a 20 milyon avro ödəməyə hazırdır.

 Ancaq "Mançester Yunayted"in hələ ki Milan klubunun bu təklifinə cavab vermədiyi bildirilir.

Qeyd edək ki, çilili hücumçu 2019/20 mövsümündə "İnter"də 20 oyun keçirib 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest