"Qarabağ"ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Ruben Sellesin yeni klubu müəyyənləşib.
 
Matc.az "ElDesmarque"yə istinadən xəbər verir ki, ispan mütəxəssis, "Valensiya"nın akademiyasında çalışacaq. O, "Yuvenil B"-nin ilk məşqçisi olacaq. Selles 2020/21-ci il mövsümünü orda keçirəcək.
 
2012-2014-cü illərdə "Neftçi"də fiziki hazırlıq üzrə məşqçi kimi çalışan Selles, 2015-2017-ci illərdə Ağdam klubunda eyni vəzifəni icra edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest