04 İyul 2020, 13:20
FUTBOL
"Neftçi" ilə yollarını ayıran Soni Mustivar Azərbaycanı tərk edib.
Matc.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi "Instagram" hesabından bildirib. Mustivar "Neftçi"yə təşəkkür etdiyini yazıb: "Bu, yaxşı vidalaşma deyil, tezliklə görüşəcəyik. Hamınıza, "Neftçi"yə təşəkkür edirəm".
Qeyd edək ki, Soni Mustivar 2018-ci ilin martında "Neftçi"yə keçmişdi. O, bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.