"Roma"nın hücumçusu Edin Ceko mövsüm sonunda komandadan ayrıla bilər. Matc.az xəbər verir ki, bosniyalı oyunçu ilə "Yuventus" maraqlanır.

Bildirilir ki, Turin klubunun baş məşqçisi Mauritsio Sarri 33 yaşlı forvardın alınmasını istəyib. Ceko yayda komandadan ayrılması gözlənilən Qonzalo İquainin əvəzedicisi kimi görülür.

Daha əvvəl təcrübəli futbolçu ilə "İnter"in də maraqlandığı bildirilirdi. Ancaq Cekonun "Yuventus"da oynamağa daha yaxın olduğu vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest