Azərbaycanda stadionların ot örtüyünə qulluq edən Fil Şarples ölkəni tərk edib. Matc.az xəbər verir ki, bu barədə ingiltərəli mütəxəssis sosial şəbəkə hesabından məlumat yayıb.
 
O, hava limanında olduğunu və onun üçün artıq bir dövrün bitdiyini vurğulayıb. Şarples Azərbaycanda yaxşı vaxt keçirdiyini və hər kəsə təşəkkür etdiyini qeyd edib.
 
Fil Şarples Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest