08 İyul 2020, 10:52
FUTBOL
"Yuventus"un hücumçusu Kristiano Ronaldo İtaliya çempionatının 31-ci turunda "Milan"a qarşı görüşdə (2:4) fərqlənməyi bacarıb. Matc.az xəbər verir ki, bu, portuqaliyalının bu mövsüm A Seriyasında 26-cı qolu olub.
Məlumata görə, Ronaldo ardıcıl 10 ildir milli çempionatlarda 25-dən çox qol vurmağı bacarır. Daha öncə bu uğur yalnız "Barselona"nın futbolçusu Lionel Messiyə məxsus idi.
Qeyd edək ki, Kristiano cari mövsüm "Yuventus"da 39 oyun keçirib və 30 qol vurub.