08 İyul 2020, 14:48
FUTBOL
"Neftçi"dən ayrılan Baqali Dabo Kipr "Apollon"u ilə müqavilə bağladıqdan sonra klubun rəsmi "Twitter" səhifəsinə qısa açıqlama verib.
Matc.az xəbər verir ki, komandanın azarkeşlərinə səslənən fransalı futbolçu ən yaxşısını edəcəyini bildirib:
"çox danışmaq istəmirəm. Narahat olmayın. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. ümid edirəm ki, əla mövsüm keçirəcəyik".
Qeyd edək ki, Dabo "Apollon"la 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.