08 İyul 2020, 16:09
FUTBOL
"Neftçi" futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 il artırılıb.
"Neftçi" futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 il artırılıb.
Hacıyev gələn mövsümün sonunadək "Keşlə" klubuna icarəyə verilib.
Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi"də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.