08 İyul 2020, 17:20
FUTBOL
Almaniyanın "Bavariya" klubu Xavi Martineslə müqaviləni uzatmayacaq. Matc.az xəbər verir ki, Münhen təmsilçisi transferə çıxarmaq niyyətindədir.
İspaniyalının müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. Bu səbəbdən də Bundesliqa təmsilçisi yayda onun satışından qazanmağı planlaşdırır.
Qeyd edək ki, Xavinin əvvəlki klubu "Atletik"ə qayıdacağı gözlənilir.