09 İyul 2020, 11:26
FUTBOL
Azərbaycan Premyer Liqasında çıxış edən klubların kapitanları 2019/2020 mövsümünün ən yaxşı futbolçusu ilə bağlı seçimlərini ediblər. Onlar fərqli futbolçulara səs veriblər. Aparıcı oyunçuların 3-ü legioner, 5-i isə yerli futbolçu seçib.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların kapitanları 2019/2020 mövsümünün ən yaxşı futbolçusu ilə bağlı seçimlərini ediblər.
Onlar fərqli futbolçulara səs veriblər. Aparıcı oyunçuların 3-ü legioner, 5-i isə yerli futbolçu seçib.
Kapitanların ən yaxşı hesab etdiyi oyunçular bunlardır:
Rəşad Sadıqov ("Qarabağ") - Sezar Meza Kolli ("Keşlə")
Emin Mahmudov ("Neftçi") - Qara Qarayev ("Qarabağ")
Slavik Alxasov ("Keşlə"/"Sabah") - Abdullah Zubir ("Qarabağ")
Vurğun Hüseynov ("Sumqayıt") - Anar Nəzirov ("Qəbələ")
Cavid Hüseynov ("Zirə") - Emin Mahmudov ("Neftçi")
Ruslan Abışov ("Sabah") – Tural Bayramlı ("Keşlə")
Rahid Əmirquliyev ("Səbail") - Bədavi Hüseynov ("Qarabağ")
Anar Nəzirov ("Qəbələ") - Baqali Dabo ("Neftçi"/"Apollon", Kipr)
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"yə məxsus Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə tezliklə aydınlıq gələcək. (report)