11 İyul 2020, 16:48
FUTBOL
"Yuventus" Paulo Dibala ilə müqaviləni uzatmaq istəyir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı oyunçu Turin klubu ilə sözləşmə yenilməyə müsbət yanaşır.
Məlumata görə, rəhbərlik Dibalaya 3 illik sözləşmə və bonuslardan əlavə ildə 12 milyon avro tələb edib. Onunla klub arasında hazırkı müqavilə 2022-ci ilin iyununda başa çatır.
Daha əvvəl futbolçunun klubdan illik 15 milyon avro tələb etdiyi bildirilirdi.
Qeyd edək ki, argentinalı oyunçu cari mövsüm A Seriyasında 28 matç keçirib və 11 qol vurub.