16 İyul 2020, 09:15
FUTBOL
Azərbaycan millisinin sabiq futbolçusu Toğrul Eratın yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın Regional Liqasında çıxış edən "Rot-Vayss" komandası ilə anlaşıb.
Azərbaycan millisinin sabiq futbolçusu Toğrul Eratın yeni klubu bəlli olub.
Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın Regional Liqasında çıxış edən "Rot-Vayss" komandası ilə anlaşıb.
Klubun idman direktoru Patrik Bauder oyunçunun keçidini təsdiqləyib. O, Toğrul Eratın təcrübəsi sayəsində gənclərə yol göstərəcəyini bildirib.
Qeyd edək ki, yarımmüdafiəçi yığmamızın heyətində 4 oyun keçirib. O, son olaraq Türkiyənin "Bayrampaşa" klubunun formasını geyinib.