Kristian Eriksen mövsüm sonu "İnter"dən ayrıla bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik danimarkalı futbolçunun çıxışından narazıdır.

Məlumata görə, transfe dönəmində Eriksen üçüm gələn təkliflər dəyərləndirəcək. Klub onun satışından 60 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, yarımmüdafiəçi qışda "Tottenhem"dən İtaliya klubuna keçib. O, komandası ilə 11 oyun keçirib və 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest