16 İyul 2020, 13:47
FUTBOL
Premyer Liqanın 36-cı turunda "Tottenhem" səfərdə "Nyukasl"la qarşılaşıb. Matc.az xəbər verir ki, London klubunun 3:1 hesablı qələbəsi baş məşqçi Joze Mouriyon üçün əlmətdar olub.
Belə ki, portuqaliyalı mütəxəssis karyerasında ilk dəfə "ağ-qaraları" səfərdə məğlub edib. Mourinyonun çalışdırdığı komandalar bundan öncə "Sent Ceyms Park"da keçirilən görüşlərdə meydanı 3 heç-heçə, 4 məğlubiyyətlə tərk etmişdi.
Qeyd edək ki, "Tottenhem" 36 turdan sonra Premyer Liqada 55 xalla 7-ci pillədə qərarlaşıb.