16 İyul 2020, 15:41
FUTBOL
A Seriyasının 33-cü turunda "Roma"nın "Verona"nı 2:1 hesabı ilə məğlub etdiyi matçda Edin Cekonun vurduğu qol əlamətdar olub.
Matc.az xəbər verir ki, bosniyalı hücumçu sözügedən görüşdə fərqlənməklə klubun tarixinə keçib.
2016-cı ildən paytaxt təmsilçisində çıxış edən Ceko klubdakı qollarının sayını 105-ə çatdırıb. Bu göstərici ilə o, "Roma" forması ilə rəqiblərini ən çox məyus edən legioner futbolçu adını qazanıb.
34 yaşlı futbolçu cari mövsüm "canavarlar"ın heyətində 39 matç keçirib və 18 qol vurub.