"Arsenal" klubu futbolçusu Konstantinos Mavropanosla müqavilənin müddətini uzadıb.

Matc.az xəbər verir ki, London təmsilçisi 22 yaşlı yunanıstanlı müdafiəçi ilə imzalanan sözləşmənin müddətini açıqlamayıb.

Mavropanos gələn mövsümün sonuna kimi Almaniya "Ştutqart"ına icarəyə verilib.

Qeyd edək ki, Konstantinos Mavropanos 2018-ci ilin yanvarından "Arsenal"da çıxış edir. O, bu vaxta qədər 8 dəfə komandanın formasını geyinə bilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest