16 İyul 2020, 22:22
FUTBOL
Rusiyanın "Soçi" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Virusa yoluxanlar arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var. Bütövlükdə 9 nəfərin testinin müsbət çıxdığı bildirilir.
Bu səbəbdən "Soçi"nin Premyer Liqanın 29-cu turu çərçivəsində bu gün keçirilməli olan "Tambov"la oyunu təxirə salınıb.